Həftəsonunun havası açıqlandı

19.08.2026

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həftəsonunadək Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək.

Bu barədə  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, avqustun 20-si gündüzdən 21-i gündüzədək şimal-qərb küləyinin güclənəcəyi gözlənilir. Havanın temperaturu 29-33 dərəcə isti olacaq. Həftə sonlarında avqustun 22-23-də mülayim cənub-şərq küləyi üstünlük təşkil edəcək və havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında avqustun 20-si gündüz şimal və qərb rayonlarından başlayaraq 21-i gündüzədək hava şəraitinin qeyri-sabit, fasilələrlə yağıntılı keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.

Avqustun 22-23-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq.

Havanın maksimal temperaturu aran rayonlarında 33-38, dağlarda 20-25 dərəcə isti olacaq.

Məlumat üçün bildirmək istəyirik ki, avqust ayının 19-na kimi temperatur 17 gün normadan yüksək (0.4-5.2 dərəcə), 1 gün normadan 0.3 dərəcə aşağı olub. Ayın 9-da 5.2 dərəcə yüksək olub ki, bu zaman havanın maksimal temperatur 38.6 dərəcə isti qeydə alınıb.

Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью