Hegset: ABŞ Çinlə münaqişə istəmir

11.04.2025

Apa.az saytına istinadən Icma.az xəbər verir.

ABŞ Çinlə münaqişə yaratmaq niyyətində deyil və bu istiqamətdə hadisələrin inkişafını qorxulu ssenari hesab edir.

APA xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Hegset "Fox News" telekanalına verdiyi müsahibədə bildirib.

“Biz kommunist Çinlə münaqişə axtarmırıq. Belə bir nəticə dəhşətli olardı”, – deyə Hegset vurğulayıb.

Nazir əlavə edib ki, əgər ABŞ kifayət qədər güclü olarsa, bu cür münaqişənin qarşısını almaq mümkün olacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью