Milli.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ-də tibbi səhlənkarlıqla bağlı məhkəmə prosesi milyonlarla dollarlıq təzminat qərarı ilə yekunlaşıb.
Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Oreqon ştatının Portlend şəhərində keçirilən məhkəmədə 51 yaşlı Vendi Luinin (Wendi Lui) ölümündə həkimin məsuliyyəti araşdırılıb. Ağciyər xərçəngindən dünyasını dəyişən qadının xəstəliyinə dair əlamətlərin 2018 və 2019-cu illərdə aparılan müayinələr zamanı müşahidə olunduğu, lakin həkimin bunu vaxtında müəyyən edə bilmədiyi üzə çıxıb.
Məhkəmə tibbi səhlənkarlıqla bağlı qərar qəbul edərək mərhumun ailəsinə 7,8 milyon dollar təzminat ödənilməsinə hökm verib.
Müəllif: Tural Hüseyn (Milli.Az redaktor)