Həkim çatışmazlığı olan regionlarla bağlı VACİB XƏBƏR

02.09.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Həkim çatışmazlığı olan regionlarda həkimlərin fəaliyyətinin stimullaşdırılması məqsədilə əlavə maliyyə mexanizmi də tətbiq ediləcək. Bakı, Abşeron, Sumqayıt və Gəncə istisna olmaqla, həkim çatışmazlığı olan regionlarda cərrahi tibbi xidmətlər, stasionar terapevtik tibbi xidmətlər, fizioterapiya və reabilitasiya xidmətləri, anesteziya xidmətləri, invaziv radioloji xidmətlər üzrə fəaliyyət nəticələrinə görə hesablanan dəyişən bonus ödənişlərinə 1,3 əmsalı tətbiq ediləcək. Beləliklə, həkim çatışmazlığı olan regionlarda çalışan həkimlər sabit əməkhaqqı artımı ilə yanaşı, əlavə bonus ödənişlərinə tətbiq olunan əmsaldan da faydalanacaqlar.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdrarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Anar Bayramov sentyabrın 2-də keçirilən mətbuat konfransında məlumat verib.

İcraçı direktorun sözlərinə görə, ambulator tibbi xidmətlər göstərən həkimlər üçün hər pasiyentə görə hesablanan mövcud kiçik faiz ödənişləri əvəzinə aylıq baxış sayına əsaslanan diferensiallaşdırılmış sabit əlavə tətbiq olunacaq.

“Eyni zamanda, əməkhaqqı qaydalarında həkimlərin həvəsləndirici ödənişlərini göstərilən tibbi xidmətin keyfiyyəti və pasiyent məmnunluğu ilə birbaşa bağlayan yeni yanaşma tətbiq edilir. İslahat tibbi xidmətlərin daha pasiyentyönümlü təşkilini və keyfiyyət göstəricilərinin maddi stimula çevrilməsini hədəfləyir. Xidmət keyfiyyəti nə qədər yüksək qiymətləndirilirsə, həkimin əldə etdiyi ödəniş də bir o qədər çox olur. Həmin yanaşma keyfiyyətli və qayğıkeş xidməti təşviq edir, həkimləri pasiyentlərlə daha keyfiyyətli münasibət qurmağa həvəsləndirir”, - deyə Anar Bayramov diqqətə çatdırıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью