Icma.az bildirir, Oxu.az portalına istinadən. Qrip və soyuqdəymə epidemiyaları dövründə isti çay kəskin respirator virus infeksiyalarının (K
Oxu.Az bu barədə "İzvestiya"ya istinadən xəbər verir. Rusiyalı pediatr Viktoriya Şurupova bildirib ki, bitki çayları təkcə su balansını saxl
Soyuqdəymə ilə mübarizədə ən populyar vasitələrdən biri çobanyastığı çayıdır.
Şurupova xatırladıb ki, bu içki iltihabəleyhinə və sakitləşdirici xüsusiyyətləri ilə məşhurdur, iltihabi prosesləri azaldır, ağrı hissini azaldır və antiseptik xüsusiyyətlərə malikdir.
Çobanyastığı, həmçinin orqanizmin bərpasında mühüm rol oynayan yuxu keyfiyyətinin yaxşılaşmasına kömək edir.
Pediatrın sözlərinə görə, nanəli çay da rahatlaşdırır və nəfəs almağı asanlaşdırır, zəncəfilli çay isə məşhur iltihabəleyhinə və bəlğəmgətirici xüsusiyyətlərə malik olmaqla immuniteti dəstəkləyir.
İtburnu C vitamini və digər qiymətli mikroelementlərlə zəngindir ki, bu da immun sistemini gücləndirir və sağalma prosesini sürətləndirir.
Cökə çayı tərlədicı təsiri sayəsində hərarəti aşağı salır və soyuqdəymə əlamətlərini yüngülləşdirir.