Həkim çayın zərərini açıqladı

14.10.2026

Icma.az, Saglamolun saytına istinadən bildirir.

Həddən artıq çox çay içmək səhhətə mənfi təsir edir.

Saglamolun.az bakupost-a istinadən xəbər verir ki, həkim dietoloq Yevgeniy Arzamçev kimlərə tünd qara çay içməyin zərərli olduğunu açıqlayıb.

"Çayda olan tanin maddəsi ümumi orqanizmə yaxşı təsir edir.

Amma onu çox içdikdə, xüsusən tünd dəm yuxunu pozur, mədə və ürəkdə problemlər yaradır.

Tünd çay ürək ritmini artırır, ona görə aritmiya və taxikardiyada olmaz.

Ümumiyyətlə, ürək-damar xəstəlikləri olanlar qara çay az içməlidir.

Çay iştahı da artırır, ona görə arıqlamaq istəyənlər ehtiyatlı olmalıdır.

Çayın sutkalıq norması 3 stəkandır. O çox tünd olmamalıdır".

Saglamolun.Az


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью