Həkim D vitamini çatışmazlığının yarada biləcəyi problemləri açıqladı

05.09.2026

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

D vitamini çatışmazlığı sümük və əzələ sisteminə mənfi təsir göstərməklə yanaşı, immun sisteminin fəaliyyətinə də təsir edə və bir sıra sağlamlıq problemləri ilə əlaqələndirilə bilər.
Bunu Avropa Tibb Mərkəzinin endokrinologiya şöbəsinin rəhbəri, həkim Kamilla Tabeyeva “RİA Novosti”yə açıqlamasında bildirib.
Mütəxəssisin sözlərinə görə, uşaqlarda D vitamini çatışmazlığı raxitə səbəb ola bilər. Yetkinlərdə isə bu vəziyyət əsasən sümük və əzələlərə təsir göstərir, halsızlıq və ağrılara yol aça, osteoporoz və sınıq riskini artıra bilər. Bu risk xüsusilə yaşlı insanlarda daha yüksəkdir.
Həkim D vitamininin orqanizmin immun müdafiəsində də mühüm rol oynadığını qeyd edib. Onun sözlərinə görə, vitamin çatışmazlığı immun sisteminin fəaliyyətinin zəifləməsi ilə əlaqələndirilir və bəzi infeksiyaların daha tez-tez baş verməsi və ya iltihabi proseslərin daha ağır keçməsi ehtimalını artıra bilər.
Tabeyeva həmçinin D vitamini çatışmazlığının ikinci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və bəzi xərçəng növlərinin inkişaf ehtimalı ilə əlaqəli olduğunu bildirib. Qadınlarda isə bu çatışmazlığın reproduktiv sağlamlığa və hamiləliyin gedişinə mənfi təsir göstərə biləcəyi qeyd edilir.
Mütəxəssislər D vitamini çatışmazlığından şübhələnən şəxslərə özbaşına yüksək dozada preparat qəbul etmək əvəzinə həkimlə məsləhətləşməyi və zərurət olduqda analiz verməyi tövsiyə edirlər.
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью