Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Dietə ehtiyacın olub-olmaması və bu prosesə haradan başlamaq sualı bir çox insanı düşündürür.Bakıvaxtı.az xəbər verir ki, Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dietaya başlamazdan əvvəl hansı mərhələlərdən keçilməli olduğunu açıqlayıb.Onun sözlərinə görə, ilk növbədə insan özü-özünə sual verməlidir: “Mənə həqiqətən dieta lazımdırmı?” Mütəxəssis vurğulayıb ki, müasir dövrdə “dieta” anlayışı əsasən arıqlamaqla əlaqələndirilir, halbuki latınca mənası “həyat tərzi” deməkdir və təkcə çəki azaltmaq məqsədini daşımır.E.
Məmmədov qeyd edib ki, əgər insan artıq bədən çəkisindən əziyyət çəkirsə, qarın ətrafında yağlanma varsa və qaraciyər, ürək-damar sistemi ilə bağlı problemlər yaranıbsa, ilk müraciət endokrinoloqa olmalıdır.
Endokrinoloq insulin müqaviməti, diabet riski, ailə anamnezi və digər mümkün pozuntuları qiymətləndirir.Mütəxəssis-ekspert əlavə edib ki, yalnız bu mərhələdən sonra ixtisaslı dietoloqa müraciət edib qidalanma rejimini tənzimləmək doğru yanaşmadır.
Qısa kurslar keçmiş və tibbi təhsili olmayan şəxslərin qrup dietləri hazırlayaraq tətbiq etməsi yolverilməzdir və ciddi risklər yarada bilər.E.
Məmmədovun sözlərinə görə, endokrinoloq və dietoloqun birgə yanaşması olmadan qidalanma rejiminə müdaxilə etmək düzgün deyil.
Əsas məqsəd problemi kök səbəbləri ilə müəyyənləşdirmək və peşəkar tibbi yanaşma ilə həll etməkdir.Zeynəb Rzayeva Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.