Həkim dietoloq ideal səhər yeməyinin formulasını AÇIQLADI

16.06.2026

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

Həkim-dietoloq, terapevt və nefroloq Regina Axunyanova ideal səhər yeməyinin formulasını bölüşüb.

Redaktor.az xəbər verir ki, həkim bu barədə "UfaTime.ru" nəşrinə məlumat verib.

Ekspert səhər yeməyini "iltihabəleyhinə boşqab" prinsipi ilə etməyi tövsiyə edib. Axunyanova izah edib ki, bura zülal və lif daxildir. Onun sözlərinə görə, ideal səhər yeməyi hər hansı bir zülal mənbəyi, təxminən 250-300 qram tərəvəz və bir tikə tam buğda (çovdar) çörəyindən ibarətdir. Ürəyi şirniyyat istəyənlərə isə həkim bir-iki ədəd xurma yeməyi məsləhət görüb.

Axunyanova əmin edir ki, bu cür qidalanma uzun müddət toxluq hissi verir, şirniyyat istəyini azaldır, həmçinin iştahı nəzarətdə saxlamağa və axşam saatlarında çox yeməməyə kömək edir. Həkim xüsusilə qeyd edib ki, belə bir rasion həm arıqlamaq, həm də sağlamlığı qorumaq üçün tam uyğundur.

Bundan əvvəl isə həkim-dietoloq Marina Makişa şəkərli diabetlə bağlı geniş yayılmış bir mifi alt-üst edib. O bildirib ki, bu diaqnoz qoyulmuş insanlar meyvə və giləmeyvə yeyə bilərlər.

Xədicə BAXIŞLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью