Həkim endokrinoloq Serbiyanın baş naziri oldu

07.04.2025

Oxu.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Serbiya Prezidenti Aleksandar Vuçiç ölkənin yeni baş nazirinin adını açıqlayıb.

Bu barədə Oxu.Az "Vreme" jurnalına istinadla xəbər verir.

A.Vuçiç bildirib ki, ölkə hökumətinin yeni başçısı həkim-endokrinoloq Curo Matsut olacaq.

Serbiya prezidenti onu təqdim edərkən vurğulayıb:

"Son dərəcə cəsarətli, çox sakit, soyuqqanlı, səbirli insan və Vyanadan İstanbula qədər endokrinoloq sahəsində ən böyük mütəxəssis".

Xatırladaq ki, ölkədəki kütləvi etirazlar fonunda Miloş Vuçeviç yanvarın sonunda baş nazir vəzifəsindən istefa vermişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью