Həkim erkən ölüm riskini azaldan sadə vərdişi açıqladı

28.11.2026

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Ölkə.az "Lenta.ru"ya istinadla xəbər verir ki, bu barədə rusiyalı həkim Olqa Tkaçeva danışıb.

Həkim bildirib ki, eyni vaxtda yatmaq və kifayət qədər müddət yuxu almaq erkən ölüm riskini təxminən 24 faiz azalda bilər. Onun sözlərinə görə, hətta yalnız sabit yatmaq vaxtına riayət etmək belə bu riski 31 faiz azaltmağa kömək edir.

Ekspert qeyd edib ki, yuxusuzluq və pozulmuş yuxu rejimi qocalma prosesini sürətləndirir. Yetkin insanların gündə 7-9 saat yatması tövsiyə olunur.

“7:1” qaydasına diqqət çəkən həkim bildirib ki, həftənin ən azı beş gecəsi minimum 7 saat yatmaq və eyni vaxtda yuxuya getmək lazımdır.

Həmidə İbrahimova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью