Həkim: Heyvan dişləməsindən sonra...

29.07.2026

Icma.az bildirir, Bakivaxti saytına əsaslanaraq.

Heyvan dişləməsi zamanı vaxtında tibbi yardıma müraciət etmək həyati əhəmiyyət daşıyır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri Aytəkin Qurbanova qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı deyib. 

Onun sözlərinə görə, xəsarət alındıqdan sonra mümkün qədər qısa müddətdə tibb müəssisəsinə müraciət olunmalıdır.

“Əsas çağırışımız odur ki, vətəndaşlar vaxt itirməsinlər. İlkin tibbi yardım göstərildikdən dərhal sonra tibb müəssisəsinə müraciət edilməlidir. Müalicəyə nə qədər tez başlanılarsa, bir o qədər effektiv nəticə əldə etmək mümkündür”, – deyə Aytəkin Qurbanova bildirib.

Mütəxəssis qeyd edib ki, tibb müəssisəsində zədələnmiş nahiyə yenidən axar su, paltar sabunu və antiseptik məhlullarla təmizlənir, bundan sonra zəruri tibbi tədbirlər görülür.

Aytəkin Qurbanova vurğulayıb ki, antirabik peyvənd kursunun ev şəraitində aparılması mümkün deyil.

“Antirabik vaksinasiya yalnız həkim nəzarəti altında aparılır. Vətəndaş müəyyən olunmuş sxem üzrə tibb müəssisəsinə gəlib peyvəndlərini vaxtında qəbul etməli və müalicə kursunu tam şəkildə başa vurmalıdır”, – deyə o əlavə edib.

Zeynəb Rzayeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью