Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Ümumi praktikant həkim Ensi Qnanadev ürək-damar xəstəliklərinə səbəb ola bilən, lakin çox vaxt diqqətdən kənarda qalan sağlamlıq problemlərindən danışıb.
Redaktor.az xəbər verir ki, mütəxəssis bu haqda "The Times of India" nəşrinə danışıb.
Həkim bildirib ki, yüksək qan təzyiqi ən təhlükəli gizli risk faktorlarından biridir. Onun sözlərinə görə, insanlar uzun müddət hipertoniyanın əlamətlərini hiss etməyə bilər. Lakin müalicə olunmayan yüksək təzyiq qan damarlarını zədələyir, ürəyə düşən yükü artırır və infarkt, insult, eləcə də böyrək çatışmazlığı riskini yüksəldir.
Qnanadev qeyd edib ki, yüksək xolesterol və qanda şəkərin normadan artıq olması da çox vaxt özünü hiss etdirmir. Buna baxmayaraq, bu hallar ürək-damar sistemi üçün ciddi təhlükə yaradır. Həkim vurğulayıb ki, qanda artıq qlükoza zamanla qan damarlarına və sinirlərə zərər verə bilər.
Mütəxəssis insanlara ürək döyüntülərini mütəmadi izləməyi də tövsiyə edib. Onun sözlərinə görə, əksər insanlarda normal ürək ritmi dəqiqədə 60-100 vurğu arasında dəyişir. Bu göstəricidən kənara çıxan hallar isə ürək-damar xəstəliklərinin əlaməti ola bilər və tibbi müayinə tələb edir.
Aytəkin TOFİQQIZI