Icma.az, Demokrat.az portalına istinadən məlumat verir. Ötən gündən hava kəskin soyuyub. Bu da xəstəliklərin artmasına səbəb ola bilər.
Bu havalarda özümüzə necə qulluq etməliyik və ya necə qorumalıyıq?Məsələ ilə bağlı həkim-terapevt Günay Lətifova Demokrat.az-a açıqlamasında bildirib ki, iqlim dəyişikliyi baş verdiyi zaman, yazdan yaya, yaydan payıza və yaxud da payızdan qışa keçdiyi zaman insanlar adaptasiya problemi ilə üzləşirlər:“Bunu hər zaman müşahidə edirik.
Bu da normal bir haldır, çünki geyim natarazlığı baş verir. Gündüzləri hava isti, axşamları soyuq olur.
Hazırda mövcud olan hava şəraitinə uyğun özümüzə daha ciddi qulluq etməliyik. Havaya uyğun olaraq geyimlər geyinilməlidir.
Hazırda olan təmiz havadan qidalanmaq lazımdır. Artıq yerlərin sürüşkən olduğunu nəzərə alaraq daha ehtiyatlı olmalıyıq.
Əks halda bu ciddi xəsarətlərə səbəb ola bilər. Digər xəstəlik mövzularına qalanda isə insanlar artıq özləri narahat hiss etdikdə mütləq şək
Yenə deyirəm, hər zaman demişəm, deyəcəm də öz başına yox. Birinci insanlar müayinə olunmalıdır.
Ondan sonra artıq ona uyğun ölçü götürüləcək. Bu o demək deyil ki dərhal, mütləq şəkildə preparat qəbul olunsun.