Axsham.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Həkim Kim” serialı ilə tanınan britaniyalı aktyor Noel Klark cinsi xarakterli 6 ittiham irəli sürülüb.
Axşam.az xəbər verir ki, Klarkın əməllərindən 5 qadın zərər çəkib. Hadisələrin 2007-2016-cı illər arasında baş verdiyi bildirilir. Araşdırmaya isə yalnız 2025-ci ilin sentyabrında başlanılıb.
London Kral Prokurorluq Xidmətinin prokuroru Betan Devid məhkəməyə təqdim etmək üçün kifayət qədər sübut toplandığını açıqlayıb.
Bundan əlavə, aktyorun maliyyə problemləri yaşadığı da qeyd olunub. Klark “The Guardian” qəzeti ilə məhkəmə çəkişməsini uduzduqdan sonra ötən ilin dekabrında müflis elan edilib. O, qəzetdə yayımlanan və onunla bağlı uyğun olmayan davranış ittihamlarından bəhs edən yazılara etiraz etsə də, məhkəmə iddianı əsassız hesab edib.
Aktyor 2022-ci ildə Britaniya Kino və Televiziya Sənətləri Akademiyasını (BAFTA) da məhkəməyə verib. O, cinsi təcavüz və zorakılıq ittihamları fonunda üzvlüyünün dayandırılması qərarına görə qurumu böhtanda ittiham edib.