Həkim olmaq istəyənlərin nəzərinə Qərar imzalandı

03.12.2024

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Rezidentura təhsilinin məzmunu və təşkili qaydalarında dəyişiklik edilib.

Gununsesi.info  xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, rezidentura təhsili Nazirlər Kabinetinin ali təhsilin rezidentura səviyyəsi üzrə müəyyən etdiyi ixtisasların təsnifatına uyğun olaraq həkim-mütəxəssis hazırlığının ixtisaslaşmalar üzrə həyata keçirilməsini təmin edir. Hər bir ixtisas üzrə ixtisaslaşmalar həmin ixtisasın təhsil proqramında sahələr üzrə müəyyən olunur.

Həmçinin qaydalarda rezidenturada həkim-mütəxəssis hazırlığı aparılan ixtisaslar üzrə təhsilin müddəti ləğv edilib.

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью