Həkim öskürəkdən qurtulmağın doğru yolunu açıqladı

30.09.2025

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Öskürəyi müalicə etmək üçün ilk növbədə onun səbəbini bilmək lazımdır. 

Redaktor.az xəbər verir ki, bu barədə terapevt Yuliya Yakimanskaya life.ru-ya müsahibəsində danışıb.

Həkim qeyd edib ki, öskürəkdən ani şəkildə xilas edən “möcüzəvi həblər” mövcud deyil. Lakin düzgün müalicə başlanarsa, sağalma müddətini xeyli azaltmaq olar. Bunun üçün ilk addım öskürəyin növünü müəyyənləşdirməkdir. Onun sözlərinə görə, yaş öskürək bəlğəmlə müşayiət olunur, quru öskürək isə boğazda qıcıqlanma və qaşınma ilə özünü göstərir.

Yakimanskayanın sözlərinə görə, yaş öskürək zamanı xəstəyə bəlğəmi durultmaq üçün mukolitiklər, onun xaric olunmasını asanlaşdırmaq üçün isə bəlğəmgətirici vasitələr təyin oluna bilər. Həmçinin inhalasiya və yüngül kürək masajı da faydalıdır. Quru öskürəkdə isə boğazı yumşaldan və tutmaların intensivliyini azaldan preparatlar lazımdır. Lakin həkim xəbərdarlıq edib ki, özbaşına öskürək dərmanları qəbul etmək olmaz. Çünki bu, bəlğəmin durğunluğuna və sətəlcəmə səbəb ola bilər.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью