Həkim qripdən qorunmağın ən etibarlı yolunu AÇIQLADI

20.11.2026

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Qrip uzunmüddətli qızdırma, ağır halsızlıq və ciddi fəsadlarla müşayiət oluna bilər.

Redaktor.az xəbər verir ki, bu barədə pediatr İrina Litvinova aif.ru-ya açıqlamasında bildirib.

Həkimin sözlərinə görə, qrip qulaq infeksiyaları, sinusit, pnevmoniya, uşaqlarda qızdırmalı qıcolmalar, hətta ürək əzələsinin iltihabı kimi ağırlaşmalara səbəb ola bilər.

O qeyd edib ki, ailə üzvlərini qripdən qorumağın və xəstəliyin ağır keçməsi riskini azaltmağın ən etibarlı yolu hər il peyvənd olunmaqdır. Qrip peyvəndi 6 aylıq və daha böyük uşaqlara, eləcə də böyüklərə tövsiyə edilir.

Pediatr bildirib ki, peyvənddən sonra immun reaksiyasının formalaşması təxminən iki həftə çəkir. Bununla belə, epidemiya mövsümü ərzində də peyvənd olunmaq mümkündür və bunun üçün gec deyil.

Litvinovanın sözlərinə görə, bu il dördvalentli peyvəndlər üçvalentli peyvəndlərdən üstün deyil. O, ən yaxşı seçimin mövcud və vaxtında vurulan peyvənd olduğunu vurğulayıb.

Həkim əlavə edib ki, məktəbəqədər təhsil müəssisələrinə və məktəblərə gedən uşaqlar virusun yayılmasında əsas mənbələrdən biridir. Buna görə də uşaqların peyvənd olunması onların ailə üzvlərinin də yoluxma riskinin azalmasına kömək edir.

Aytəkin TOFİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью