Icma.az bildirir, Moderator.az portalına istinadən. Bu gün, yanvarın 21-də Nizami Rayon Məhkəməsində hakim Mətanət Hacıyevanın sədrliyi ilə
Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, cinayət işinin materiallarına əsasən, hadisə ötən il mayın 6-da Yeni Klinikanın Reprodu
Şöbənin həkim-mama-ginekoloqu Sevinc Məmmədova pasiyent Günay Məmmədovanın üzərində cərrahiyyə əməliyyatı aparıb.
İstintaq müəyyən edib ki, əməliyyat zamanı texniki qüsura yol verilib, sonradan yaranmış güclü qanaxmanın mənbəyinin aradan qaldırılması üçün zəruri cərrahi müdaxilə vaxtında həyata keçirilməyib.
Nəticədə Günay Məmmədovanın vəziyyəti ağırlaşıb və o, mayın 18-də Yeni Klinikada həyatını itirib.
Sevinc Məmmədova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 314.2-ci maddəsi – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olma – ilə ittiham olunur.
Bu maddə həkim səhlənkarlığı ilə bağlı ən ağır hüquqi qiymətlərdən birini nəzərdə tutur.
İstintaq mərhələsində Sevinc Məmmədova cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib, ona ittiham elan olunub.