Icma.az, Qaynarinfo saytına istinadən bildirir. Bakıda həkim xəstənin yaxınları tərəfindən döyülüb.
"Report" xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonunda qeydə alınıb.
Belə ki, çağırışa gedən həkim Səmədov Mətin Arif oğlu xəstənin yaxınları tərəfindən döyülüb.
Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Fakt araşdırılır. Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.