Həkim xoşbəxtlik səviyyəsini artırmağın elmi cəhətdən sübut olunmuş yollarını AÇIQLADI

23.01.2026

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Həkim-terapev və nutrisoloq İrina Tyurina xoşbəxtlik səviyyəsini artırmağın elmi cəhətdən sübut olunmuş beş üsulunu açıqlayıb.

Redaktor.az xəbər verir ki, o, bu mövzuda lenta.ru-ya danışıb.

Həkimin sözlərinə görə, tibbi baxımdan xoşbəxtlik hissi sadəcə emosional vəziyyət deyil, orqanizmdə baş verən mürəkkəb biokimyəvi reaksiyadır. Bu prosesdə dörd əsas neyromediator iştirak edir: dopamin, serotonin, endorfinlər və oksitosin.

Tyurina bildirib ki, bu sistemdə triptofan xüsusi yer tutur. Triptofan serotonin sintezi üçün zəruri olan amin turşusudur və onun kifayət qədər olması daxili sakitlik və emosional sabitlik üçün mühüm əhəmiyyət daşıyır. Bu səbəbdən həkim günə stresssiz başlamağı tövsiyə edib.

“Əgər səhər narahatedici xəbərlərlə, tələsik və xaos içində başlayırsa, kortizol səviyyəsi kəskin artır və bu, orqanizmin ‘sevinc rejiminə’ keçməsinə mane olur. Günə sakit başlamağa çalışın: yüngül musiqi ilə oyanın, pəncərə önündə bir fincan qəhvə və ya ətirli çay için, səhər işığına bir neçə dəqiqə vaxt ayırın. Bu cür sadə rituallar stress səviyyəsini azaldır və dopamin ifrazını artırır”, – deyə həkim izah edib.

Aytəkin TOFİQQIZI

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью