Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Eynək dedikdə insanın ağlına ilk olaraq daha çox optik və yaxud gün eynəkləri gəlir. Ancaq eynəklərin müxtəlif növləri var.
Son vaxtlar bəzək məqsədilə satılan şəffaf şüşəli eynəklərin istifadəsi daha da artıb.
Hətta bəzi xarici onlayn alış-veriş platformalarında belə eynəklər 3-4 manata satılır.
MÖVZU İLƏ BAĞLI:Düzgün eynək seçiminin ƏHƏMİYYƏTİ – Oftalmoloq, yoxsa apteklərə müraciət edək?
Maraqlıdır ki, heç bir optik özəlliyi və yaxud qoruyuculuğu olmayan bu eynəklərin gözə ziyanı var?Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən oftalmoloq Kəmalə Mustafazadə aksesuar məqsədilə taxılan bu eynəklər barədə bəzi xəbərdarlıqlar edib, önəmli məqamları açıqlayıb.
O, bildirib ki, bu eynəklərin gözə ziyanı olub-olmaması bəzi faktorlardan asılıdır:“Şüşə keyfiyyətsiz və optik qüsurlu olarsa, gözləriniz yorula bilər və baş ağrısı kimi problemlərə səbəb ola bilər.
Həmişə optik dükanlardan və ya sertifikatlı istehsalçılardan alınmış keyfiyyətli eynəklərə üstünlük vermək lazımdır.Gündəlik istifadə üçün nəzərdə tutulmuş eynəklər, xüsusilə açıq havada istifadə edilirsə, ultrabənövşəyi (UV) şüalardan qoruma təmin etməlidir.