“Həkimdən həkimə yönləndirmə genişlənir” Zamirə Ədilova

08.12.2025

Icma.az, Metbuat saytına istinadən bildirir.

Fizioterapiya göndərişləri zamanı “Həkimdən həkimə yönləndirmə” xidmətindən daha geniş tətbiq olunur.

Metbuat.az xəbər verir ki, bu fikirləri TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda keçirilən təlimdə çıxışı zamanı məlumat verib:

“Əgər həkim pasiyenti fizioterapiyaya yönləndirirsə, o zaman pasiyent yenidən qeydiyyat və növbə prosedurlarından keçmədən ‘Həkimdən həkimə yönləndirmə’ masasından birbaşa xidmətə yönləndirilir.

Eyni zamanda, ilkin müayinə aparan həkim pasiyenti başqa ixtisas üzrə mütəxəssisə göndərdikdə də vətəndaşın növbəni yenidən elektron şəkildə götürməsinə ehtiyac qalmır. Pasiyent sadəcə yönləndirmə masasına yaxınlaşmaqla növbəti həkimin qəbuluna operativ şəkildə yönləndirilir”

Departament rəhbəri qeyd edib ki, bu yenilik xəstəxanada müraciət prosesinin optimallaşdırılmasına, vaxt itkisinin minimuma endirilməsinə və tibbi xidmətlərin daha səmərəli təşkilinə şərait yaradacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью