Həkimdən icazəsiz antidepressant qəbul edənlərə XƏBƏRDARLIQ

09.10.2026

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Antidepressantlar çəkinin dəyişməsinə təsir göstərə və cinsi həvəsi (libidonu) azalda bilər. 
Bizim.Media xəbər verir ki, bu barədə "Moskva24" telekanalına açıqlamasında psixoterapevt Larisa Nikitina məlumat verib.
Mütəxəssisin sözlərinə görə, bu cür dərman vasitələri mütləq həkim tərəfindən fərdi qaydada seçilməlidir.
Çünki bu qrupa aid preparatlar təsir mexanizminə və ehtimal olunan əks göstərişlərinə görə bir-birindən kəskin fərqlənir. Məsələn, bəzi antidepresantlar orqanizmdə maye tutulmasına (şişkinliyə) səbəb ola bilər ki, bu da çəkisindən narahat olan şəxslər üçün əlavə stress mənbəyinə çevrilir.
 

Eyni zamanda, mümkün yan təsirlər sırasında libidoun düşməsi və qaraciyərə düşən əlavə yük də yer alır. Nikitina vurğulayıb ki, preparatın bütün xüsusiyyətlərini qabaqcadan həkimlə müzakirə etmək lazımdır.


Psixoterapevt pasientlərə özbaşına müalicəyə başlamamağı, dozanı dəyişməməyi və ya kursu yarıda kəsməməyi tövsiyə edib. Antidepressantlarla müalicə adətən uzunmüddətli dövr üçün nəzərdə tutulur.
Əgər dərmanın qəbulu bir neçə həftədən sonra həkimlə məsləhətləşmədən dayandırılarsa, simptomlar geri qayıda və ya daha da kəskinləşə bilər.
Mütəxəssis həmçinin pasient üçün uyğun gələcəyi təqdirdə, psixoterapiya kimi alternativlərin də həkimlə dəyərləndirilməsinin vacibliyini diqqətə çatdırıb. 
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью