Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Onun sözlərinə görə, sağlam həyat tərzi sərt qadağalardan deyil, həyatın bütün sahələrində formalaşan davamlı faydalı vərdişlərdən ibarətdir.
“Kiçik addımlarla başlayın: nahara bir xiyar əlavə edin, qazlı içkiləri bir fincan qara qəhvə ilə əvəz edin”, – deyə həkim tövsiyə edib. O bildirib ki, gündə bir-iki fincan şəkərsiz qara qəhvə 2-ci tip diabetin və qaraciyərin piylənməsinin qarşısının alınmasına kömək edə bilər.
Kuznetsov həmçinin qidalanmada ultra emal olunmuş məhsulların miqdarını azaltmağı və gündəlik duz qəbulunu 5 qramdan çox etməməyi məsləhət görüb. Həkim xatırladıb ki, duz yalnız duzqabında deyil, həm də sosiska, kolbasa, konserv və digər hazır məhsulların tərkibində mövcuddur.
Bundan əlavə, o, həftədə 2-3 dəfə balıq yeməyi və gündə təxminən 400 qram meyvə-tərəvəz qəbul etməyi tövsiyə edib.
Həkimin sözlərinə görə, bu vərdişlər damar problemlərinin, ürək-damar xəstəliklərinin və kolorektal xərçəng riskinin azalmasına kömək edir.
Həmidə İbrahimova