Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
"Valideynlər deyirlər ki, “uşağa deyin yeməsin”. Bu, nəyə bənzəyir? Mobil telefonu özləri alıb gətirirlər və sonra deyirlər ki, “həkim, deyin ki, telefonla çox oynamasın”. Əgər siz həmin telefonu alıb uşağa vermisinizsə, bundan sonra mənim deməyim çox da effektiv olmur".
Redaktor.az xəbər verir ki, bu fikirləri 4 mart - Dünya Piylənmə Günü ilə bağlı keçirilən canlı yayımda Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, uşaq endokrinoloqu Azad Əkbərzadə bildirdi.
Həkim əlavə etdi ki, eyni vəziyyət qidalanmada da yaşanır:
"Bu lüzumsuz qidaları, şirniyyatları ya biz özümüz alıb uşaqlara veririk, ya da onlara pul veririk və gedib özləri alırlar. Uşaq marketə gedib özü üçün qarabaşaq almır ki. O, gedib şokolad, peçenye və ya şirin qazlı içkilər alacaq. Ona görə burada əsas rol valideynlərin üzərinə düşür. Biz uşaqları bu cür qidalarla tanış etməməli və onlara bu istiqamətdə imkan yaratmamalıyıq".
Nuriyyə NATİQQIZI