Həkimdən xəbərdarlıq: Omeqa 3 ün nəzarətsiz qəbulu təhlükəlidir

19.06.2026

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dietoloq Yelena Solomatina bildirib ki, "Omeqa-3" əlavələrinin həkim məsləhəti olmadan və normadan artıq qəbul edilməsi sağlamlıq üçün risklidir.

Sherg.az xəbər verir ki, dietoloqun sözlərinə görə, "Omeqa-3" yağ tərkibli maddə olduğundan yüksək dozada qəbul edildikdə öd kisəsində daşların hərəkətə gəlməsinə səbəb olur. Bu isə mədə-bağırsaq sistemi ilə yanaşı, mədəaltı vəzinin fəaliyyətinə də mənfi təsir göstərir.

Mütəxəssis əlavə edib ki, "Omeqa-3" qaraciyər və böyrəklərə əlavə yük yaradır. Həmçinin bəzi dərmanlarla birlikdə qəbul edildikdə onların təsirini gücləndirir, qanın həddindən artıq durulaşmasına və təzyiqin normadan artıq enməsinə səbəb olur.

Dietoloq vurğulayıb ki, "Omeqa-3" əlavələri yalnız mütəxəssis məsləhəti əsasında qəbul edilməlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью