Həkimdən xəbərdarlıq: “Xərçəng öldürmür, gec diaqnoz öldürür”

24.10.2026

Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Türkiyə Döş Qəfəsi Cərrahiyyəsi Assosiasiyasının prezidenti, professor Atilla Eroğlu ağciyər xərçəngində erkən diaqnozun ömrü uzatdığını və müalicənin uğur şansını artırdığını bildirib.

Turkustan.az xəbər verir ki, o, xərçənglə mübarizədə vaxtında müayinənin əhəmiyyətini vurğulayaraq “Xərçəng öldürmür, gec diaqnoz öldürür” deyib.

Atatürk Universiteti Araşdırma Xəstəxanasının baş həkimi olan Eroğlu bu fikirləri Antalyada keçirilən 14-cü Milli Döş Qəfəsi Cərrahiyyəsi Konqresi çərçivəsində təşkil olunan mətbuat konfransında səsləndirib.

O bildirib ki, ağciyər xərçəngi dünyada xərçənglə əlaqəli ölümlərin əsas səbəblərindən biridir. Professorun sözlərinə görə, hər il dünyada təxminən 10 milyon insan xərçəngdən həyatını itirir, bunların təxminən 2,5 milyonu isə ağciyər xərçənginin payına düşür.

Ağciyər xərçənginin əsas səbəbinin siqaret çəkmək olduğunu vurğulayan Eroğlu davamlı öskürək, qanlı bəlğəm, səbəbsiz arıqlama, iştahsızlıq və nəfəs darlığı kimi əlamətləri olan şəxsləri həkimə müraciət etməyə çağırıb.

Aytən Yaşar/Turkustan.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью