Həkimə gedən iki bacını maşın vurub öldürdü

08.10.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Ağdaşda yol qəzasında ölən şəxslərin bacı olduqları məlum olub.

Axar.az APA-ya istinadla xəbər verir ki, hadisə oktyabrın 7-də Ağdaş rayonunun Əmirarx kəndi ərazisində baş verib.

Hərəkətdə olan “Mersedes” markalı minik avtomobili yolu keçmək istəyən - 1976-cı il təvəllüdlü Sədaqət Ramazanova və onun bacısı 1978-ci il təvəllüdlü Elnarə Soltanovanı vurub. Onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər.

Məlumata görə, bacılar həkim qəbuluna gedirmişlər.

Astara rayonunun Giləkəran kənd sakinləri olan bacılar doğulduqları kənddə dəfn olunublar.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью