Həkimim analizlərimə baxıb təcili Türkiyəyə gəlməyimi istədi

28.01.2026

Icma.az bildirir, Axsham.az saytına əsaslanaraq.

Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadəni səhhətindəki problemlərə görə bir neçə gün efirədə həmkarı Mətanət Əliverdiyeva əvəzləyib.

Axşam.az-ın məlumatına görə, Vüsalə bu gündən etibarən yenidən "İncə səhər" verilişindəki işinə qayıdıb. Aparıcı illər əvvəl keçirdiyi böyrək transplantasiyası səbəbindən yoluxduğu virusun yarada biləcəyi fəsadlara görə təcili Türkiyəyə getməli olduğunu vurğulayıb:

"İllərdir bunu gizlətməmişəm, hər kəs bilir ki, böyrək köçürülmüş biriyəm. Buna görə də insan həyatı daha çox təhlükə altındadır. Minlərlə belə insan var. Biz də hər kəs kimi həyatımıza davam edirik. Sadəcə sağlamlığımız daha çox qorunmalıdır. Adi qrip olsa belə, mütləq analizlər aparılmalıdır. Çünki qrip birbaşa böyrəyə fəsad verir. Bu orqan vasitəsilə süzülüb çıxır.

Böyrək köçürülmüş biri kimi artıq 25 ildir dərman qəbul edirəm. Bu da immuniteti aşağı salır. Qəbul etdiyim antibiotik və dərmanlardan sonra kreatinin səviyyəsi qalxdı. Qan analizlərimi Türkiyədəki həkimimə göndərdim, o da məni dərhal yanına çağırdı. Düşündüm ki, çəkilişləri edib gedərəm, amma həkimim dedi ki, təcili gəlməlisən".

Aparıcı efirə çıxmadığı halda 2 gün əvvəl iştirak etdiyi məclisdən yayılan görüntülərinə yazılan tənqidlərə isə belə reaksiya verib:

"Bunların hamısını paylaşacağam. Deyirlər ki, "xəstə deyildi?". Məgər ömür boyu xəstə qalmalı idim? Mən də sizin kimi xəstələnib bir həftə sonra işimə dönə bilərəm. Sadəcə xəstəliyimə görə bu dövr mənim üçün daha ağır keçir.

Ürək bulandırmaq, kiminsə həssas yerinə toxunmaq insanlıqdan xəbəri olmayanların işidir. Bizim də onlarla işimiz yoxdur. Hər kəsin əməl kitabı öz əlindədir, istəyən sağ, istəyən sol əlində tutar. Allah hər kəsə ürəyinə görə versin".

Qeyd edək ki, Vüsalə uzun illər böyrək çatışmazlığından əziyyət çəkib. Anası ona bir böyrəyini verib. Aparıcının Dilək adlı bir qızı var.

Посмотреть эту публикацию в Instagram

Публикация от Axşam.az (@axsamaz)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью