Icma.az bildirir, Redaktor.az portalına istinadən. “Savadına, biliyinə, peşəsinə, özünə hörmət etdiyim bir neçə həkim plastik cərrah Sənan M
Razıyam, alqışlayıram da. Kolleqa həmrəyliyi, həmkar birliyi və çox düz də deyirlər ki, yaxşı həkimin həbsi sabah bu peşəyə marağın azalması
Redaktor.az xəbər verir ki, bunu məşhur aparıcı Rövşanə Ağaəfqızı deyib.
Aparıcı deyib ki, əgər həkimin günahı varsa, peşəsi ona məsuliyyətdən kənarda qalmaq şansı vermir: “Çox haqlıdırlar.
Amma və lakin həkimin gerçəkdən insan ölümündə günahı varsa, həkim yanlışı ucbatından bir insanın şamı sönübsə, xəstə başı üstündə ha şam üfür xeyri yox, cavab verəcəksən.
Ağ xalat geyinmək məsuliyyətdən kənar qalma şansı vermir. Qanun qanundur, cinayətin rəngi ağ olsun ya qırmızı.
Həkim həbsinə münasibətə yazılan şərhləri oxuyuram çoxu həkimi günahlandırır. Gerçək günahı olub olmadığını bilmədən həkimi qınayırlar.
Niyə və nə üçün? Həkimlərə qarşı bu qədər ikrah hissi hardan qaynaqlanır? Güvən itib, inam azalıb sanki.