Həkimlər atamı öldürdülər Maradonanın oğlu

26.03.2025

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

Dünya çempionu Dieqo Maradonanın oğlu atasının ölümündə həkimləri günahlandırıb. 

"Unikal" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. 

Argentina millisinin sabiq futbolçusu və baş məşqçisi 2020-ci ilin noyabrında 60 yaşında vəfat edib. Ölümün səbəbi ürək dayanması kimi göstərilib.

Ən acınacaqlısı isə onu öldürmələridir. Bu qədər aydındır. Həkimlər atamın həyatını xilas etmək üçün düzgün müalicə və tibbi yardım göstərmədilər. Həkimlər atamı öldürdülər və mən bununla barışa bilmirəm. Əminəm ki, biz bütün bunları məhkəmədə sübut edəcəyik. Onu müalicə etsəydilər, indi bizimlə ola bilərdi", - Dieqo Armando Maradona deyib. 

Hazırda Argentinada Maradonanın həyatının son günlərində ona tibbi yardım göstərən 7 tibb işçisinə qarşı məhkəmə prosesi gedir. Onları 8 ildən 25 ilə qədər həbs gözləyir.

Ağarza Elçinoğlu 


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью