Həkimlər burnumun düzəlməyəcəyini deyirdilər

01.09.2026

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Martda 13-cü dəfə burun əməliyyatı olunan türkiyəli müğənni Murat Dalkılıç son vəziyyəti ilə bağlı açıqlama verib.

Axşam.az xəbər verir ki, sənətçi hazırda özünü daha yaxşı hiss etdiyini bildirib:

“Artıq özümü yaxşı hiss edirəm, ən önəmlisi də budur. Bundan sonra problemin yavaş-yavaş aradan qalxacağını düşünürəm. Həkimlər burnumun heç düzəlməyəcəyini deyirdilər, heç bir ümid vermirdilər. Bu nöqtəyə gəlmək belə bir möcüzədir”.

Müğənni yaş artdıqca insanın xarici görünüşünə münasibətinin də dəyişdiyini vurğulayıb:

“İnsan 40 yaşından sonra necə göründüyü ilə yox, dünyanı necə gördüyü ilə maraqlanır”.

Qeyd edək ki, sənətçi daha əvvəl burun sümüklərindəki problem səbəbilə keçirdiyi əməliyyat zamanı qığırdağının da götürüldüyünü və bundan sonra həyatının ən çətin dövrünün başladığını açıqlamışdı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью