Həkimlər deyir ki...

10.02.2025

Icma.az, Axsham.az portalına istinadən məlumat yayır.

Xəbər  verdiyimiz kimi, müğənni Nazim Pişyari (Faytonçu) işemik insult keçirib və hazırda xəstəxanadadır. 

İfaçının dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında onun səhhətindən danışıb. O bildirib ki, N.Pişyarı özünə gəlib:

"Artıq ayılıb, yaxşıdır. Getdikcə durumu düzəlir. Həkimlər deyir ki, iki-üç gündən sonra evə buraxılacaq".

Qeyd edək ki, insult keçirən müğənni küçədə yıxılıb, qapalı kəllə beyin travması da alıb. Nazim bir müddət əvvəl böyrəyindən də əməliyyat olunubmuş. Ona böyrək köçürülməsi edildiyi bildirilib. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью