Axsham.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir. "Başa düşürəm, bu işdə qəşəng pullar var, böyük bir biznes sahəsidir.
Kim istəyər o pullardan imtina etsin? Amma vicdan məsələsi də var. Qadın gəlir, ilk uşağıdır.
Deyirlər ki, körpənin başına göbək dolanıb, vəziyyət dəhşətdir, qeysəriyyə ilə çıxarılmasa, tələf olacaq. Hamı qorxuya düşür.
Təki qeysəriyyəyə yönəltsinlər". Axşam.az xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova "Xəbər ertəsi" proqramında deyib.
O, həkimləri ana olmağa çalışan qadınları qorxuya salaraq qeysəriyyə əməliyyatlarına yönləndirmələrini tənqid edib: "Vicdan deyilən məsələ var.
İnsan tanıyıram, deyiblər ki, uşağın göbəyi dolanıb, o da söyləyib ki, dolansın, qoy tələf olsun, uşaq mənimdir.
Maşallah uşaq indi başğçaya gedir. Həkimlər qeysəriyyə üçün insanları vicdansızcasına qorxuya salırlar.
Birinci də qeysəriyyə oldu, digərləri də mütləq elə olur. Həkimdə vicdan olmalıdır. Deyirlər ki, o pulu elə yeyəsən ki, həmişə yeyəsən.