Həkimlər uşağın ayağını 20 sm uzada bildilər | Icma.az
Saglamolun saytından alınan məlumata görə, Icma.az bildirir.
12 il bundan əvvəl Perm şəhəri (Rusiya Federasiyası) Uşaq kliniki xəstəxanasına dayaq-hərəki apparatının ağır patologiyası olan 1 yaşlı uşaq daxil olub.
Uşaqda sol ayağında anadangəlmə kiçik baldır sümüyünün və baldır əzələsinin olmaması, baldırın inkişafının pozulması, pəncənin çıxığı aşkar olunub.
Uşağın sol ayağı sağ ayağından 2 dəfə qısa idi. Travmatoloqlar uşağın ayağının tədricən uzanmasına qərar verdilər.
Müalicə olunmadan uşaq yalnız əlil arabasında hərəkət edə bilərdi.
3 ildən bir həkimlər uşağın baldır sümüyünü sındırıb sümükləri İlizarov apparatı ilə bərkidirdilər.
Bu hər dəfə uşağın ayağının 5-6 sm uzanmasına kömək edib. Artıq uşaq 4 belə proseduradan keçib və həkimlər onun ayağını 20 sm uzada bildilər
Rus mətbuatı xəbər verir ki, hal hazırda uşaq müstəqil şəkildə yeriyə bilir.
Tam oxu
Xəbəri oxu