Icma.az bildirir, Cebheinfo portalına istinadən.
İngiltərədə 2024-cü ildə baş verən amansız hücum iki il sonra qeyri-adi bir qətl hökmü ilə nəticələnib.
“Cebheinfo.az” xəbər verir ki, Londondakı parklardan birində 26 yaşlı Alfi Konvey-Rayl mübahisə etdiyi Vilyam Frençi yerə yıxaraq təxminən 40 saniyə ərzində onun başını 15 dəfədən çox tapdalayıb.
Frenç ağır beyin qanaxması, eləcə də üz və qabırğa sümüklərində sınıqlarla xəstəxanaya yerləşdirilib. O, bir daha özünə gəlməyib.
Konvey-Rayl hadisədən sonra polisə parkda yaralı bir şəxsin olduğunu deyərək hadisə yerindən qaçmağa çalışsa da, şahidlər onu tanıyıblar.
2024-cü ilin dekabrında Frençə ağciyər xərçəngi diaqnozu qoyulub. Lakin həkimlər hücum nəticəsində yaranan ağır beyin zədəsi səbəbindən onun xərçəng müalicəsinə tab gətirə bilməyəcəyini müəyyən ediblər. Frenç 2025-ci ilin martında, 66 yaşında vəfat edib.
Konvay-Rayl əvvəlcə qətlə cəhd ittihamı ilə mühakimə olunurdu. Lakin istintaq çərçivəsində detektivlər onkoloq, neyropatoloq və məhkəmə-tibbi ekspertlərin rəylərini öyrəniblər.
Araşdırma nəticəsində hücumun Frrenç həyatını xilas edə biləcək xərçəng müalicəsindən məhrum etdiyi müəyyənləşdirilib. Nəticədə təqsirləndirilən şəxsin əməli qətl kimi qiymətləndirilib və o, bu ittiham üzrə təqsirli bilinib.
Konvay-Raylın ömürlük həbs cəzasına məhkum edilməsi gözlənilir.
Əfsanə Rəcəb
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin