Həkimlər yanğında anası ölən qızı oyanmağa qoymur

25.11.2025

Icma.az, Milli.az portalına istinadən məlumatı açıqlayır.

Ləman anasını öldüyünü bilmədiyi üçün həkimlər onu ayılmağa qoymur. 

Milli.Az xəbər verir ki, bunu şair Nazilə Səfərli deyib. 

Onun sözlərinə görə, qız özünə gələndə yenidən yatızdırılır ki, beyni özünə gəlib hər şeyi dərk eləməsin. Həmçinin o qeyd edib ki, Ləman güclü qızdır, səhhəti daha da yaxşı olacaq. 

Qeyd edək ki, Ləman Yasamalda çoxmərtəbəli yaşayış binasında baş verən yanğın zamanı həlak olan Bakı Milli Geyim Evinin rəhbəri Könül Vəlibəylinin qızıdır. 

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью