Həkimlərə sevindirici xəbər Müraciətlər başladı

16.10.2026

Yenisabah saytından alınan məlumata görə, Icma.az bildirir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti müxtəlif ixtisaslar üzrə həkim mütəxəssislər və tibb işçiləri axtarır.

Bu barədə “Yeni Sabah”a Dövlət Xidmətindən məlumat verilib.

Vakansiyalar həkim-otorinolarinqoloq, həkim-oftalmoloq, həkim-cərrah, elektrokardioqrafiya, exokardioqrafiya və elektroensefaloqrafiya-funksional diaqnostika istiqamətlərini əhatə edir. Toyuqlu pizza

Müraciət etmək istəyənlər info@seferberlik.gov.az elektron poçt ünvanına yaza və ya bu linkə daxil olaraq anketi doldura bilərlər.

Qeyd edək ki, müraciət zamanı şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsinin (FİN) qeyd edilməsi mütləqdir. Ətraflı məlumat üçün 9100 Çağrı Mərkəzinə müraciət etmək mümkündür.

Namizədlərin seçimi zamanı kliniki təcrübəsi olan şəxslərə üstünlük veriləcək.

Aytac Əliyeva


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью