Həkimlərə verilən əlavələr DAYANDIRLDI | Icma.az
Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Naxçıvan Səhiyyə Nazirliyinin tabeliyində olan publik hüquqi şəxslərin işçilərinə stimullaşdırıcı əlavənin ödənilməsi haqqında" qərar ləğv olunub.
"Cebheinfo.az" iqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı muxtar respublikanın baş naziri Ceyhun Cəlilov qərar imzalayıb.
Ləğv olunan 151 nömrəli qərar 2019-cu ilin oktyabrın 16-da muxtar respublikanın o zamankı baş naziri Əlövsət Baxşıyev tərəfindən imzalanıb.
Həmin stimullaşdırıcı əlavələr həkimləri həvəsləndirmək məqsədi daşıyıb.
İcbari tibbi sığortanın tətbiqindən sonra isə yeni yanaşmaya zərurət yaranıb.
2023-cü ildən etibarən NMR Səhiyyə Nazirliyinin tabeliyində tibbi sığorta əsasında fəaliyyət göstərən, tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası təsdiq olunub.
Həkimlərin vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətlərindən asılı olaraq həkimlərə həvəsləndirici əlavələr, sabit aylıq həvəsləndirici əlavələr və işin nəticələrinə görə aylıq həvəsləndirici əlavələr şəklində ayrı-ayrı hesablanır.
Tam oxu
Xəbəri oxu