“Həkimlərimizi tanıyın!” rubrikamızda

26.10.2026

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsinin terapevti Xumar Novruzovanı təqdim edirik.
DR. XUMAR NOVRUZOVA Mərkəzi Gömrük Hospitalında daxili xəstəliklərin geniş spektrinin diaqnostikası və müalicəsi, tənəffüs sistemi xəstəlikləri, bronxial astma və AXOX, həzm sistemi, anemiyalar və revmatoloji xəstəliklər daxildir. Müayinələr zamanı yalnız əsas diaqnozun qoyulmasına, arterial hipertenziyanın ikincili səbəblərinin araşdırılmasına, eləcə də oxşar əlamətlərlə gedən xəstəliklərin düzgün fərqləndirilməsinə xüsusi diqqət yetirilir. Tənəffüs sistemi xəstəliklərində spirometriya və bronxodilatator testi vasitəsilə ağciyər funksiyası qiymətləndirilir, nəticələrə əsasən pasiyent üçün uyğun və fərdi müalicə taktikası seçilir.
Dr. Xumar Novruzova haqqında ətraflı məlumatla Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://customshospital.az/xumar-novruzova/.
Pasiyent sağlamlığına həsr olunan peşəkar fəaliyyət
Dr.Xumar Novruzova 1996-cı ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini bitirib. 1996–1997-ci illərdə 6 saylı Şəhər Klinik Xəstəxanasında terapiya ixtisası üzrə internatura təhsili alıb. 1997-ci ildə akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasında əmək fəaliyyətinə başlayan Xumar həkim 2020-ci ilədək həmin tibb müəssisəsində çalışıb. Bu müddət ərzində qazandığı təcrübə onun daxili xəstəliklərin diaqnostikası və müalicəsi sahəsində peşəkar biliklərinin və klinik bacarıqlarının formalaşmasında mühüm rol oynayıb. 2020-ci ildən etibarən Dr.Xumar Novruzova Mərkəzi Gömrük Hospitalının Poliklinika şöbəsində terapevt kimi fəaliyyət göstərir.
Davamlı təkmilləşmə və yeni tibbi biliklər
Tibbin sürətlə inkişaf etdiyi müasir dövrdə həkimin peşəkar biliklərini mütəmadi yeniləməsi xüsusi əhəmiyyət daşıyır. Dr.Xumar Novruzova beynəlxalq tibbi tədbirlərdə və ixtisasartırma proqramlarında iştirak etməklə peşəkar təcrübəsini genişləndirib, müxtəlif sahələr üzrə biliklərini təkmilləşdirib. Xumar həkim 2011-ci ildə Türkiyənin Antalya şəhərində təşkil olunan XXVIII Türkiyə Qastroenterologiya Həftəsində, 2018-ci ildə Türkiyənin Sakarya şəhərində keçirilən Beynəlxalq Daxili Xəstəliklər Konqresində, 2019-cu ildə isə Antalyada təşkil olunan Beynəlxalq Daxili Xəstəliklər Konqresində iştirak edib.
Xumar həkim 2022-ci ildə Türkiyənin Ankara Universitetinin Tibb fakültəsinin Cebeci xəstəxanasının Ağciyər xəstəlikləri şöbəsində “JAEGER MasterScreen Body” cihazı ilə aparılan müayinələr üzrə praktiki kursda iştirak edib. Bu təlim onun pulmonologiya və tənəffüs funksiyalarının qiymətləndirilməsi istiqamətində bilik və bacarıqlarının təkmilləşdirilməsinə xidmət edib.
Dr. Xumar Novruzovanın qəbuluna yazılmaq və ətraflı məlumat almaq üçün (012) 404-08-08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью