Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Mərkəzi Gömrük Hospitalının yüksəkixtisaslı həkimi, damar cərrahı, tibb üzrə fəlsəfə doktoru Dr. Səbuhi Dadaşovu təqdim edirik.
DR. SƏBUHİ DADAŞOV Mərkəzi Gömrük Hospitalında arterial, venoz və limfatik sistem xəstəliklərinin müasir cərrahi və konservativ müalicəsini, abdominal aorta və periferik arteriyaların anevrizmalarının cərrahi müalicəsi, aorta-bifemoral şuntlama, periferik arteriyaların autovenoz və ya süni damarlarla şuntlanması, karotid endarterektomiya və arterioplastika, endarterektomiya, trombembolektomiya, eləcə də müxtəlif fleboloji prosedurlar həyata keçirir.
Dr. Səbuhi Dadaşov tərəfindən həyata keçirilən fleboloji müdaxilələr sırasına klassik flebektomiya, endovenoz ablasiya, miniflebektomiya, skleroterapiya, köpük skleroterapiya və Exo-skleroterapiya daxildir. Dr. Səbuhi Dadaşov haqqında ətraflı məlumatla Mərkəzi Gömrük Hospitalının rəsmi internet səhifəsində tanış ola bilərsiniz: https://customshospital.az/sebuhi-dadashov
Peşəkar fəaliyyətin əsasında zəngin tibbi təhsil və təcrübə
Dr. Səbuhi Dadaşov 2007-ci ildə Azərbaycan Tibb Universitetinin Müalicə-profilaktika fakültəsini fərqlənmə diplomu ilə bitirib. 2007–2009-cu illərdə İ.M. Seçenov adına Moskva Tibb Akademiyasında klinik ordinatura təhsili alaraq həkim-ordinator kimi fəaliyyət göstərib.
2009–2012-ci illərdə İ.M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində aspirantura təhsilini davam etdirib. Təhsilini “2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində davam etdirən həkim həmin universitetin 1 nömrəli Universitet Klinik Xəstəxanasında həkim-aspirant kimi də çalışıb.
2013-cü ildən etibarən Dr. Səbuhi Dadaşov Mərkəzi Gömrük Hospitalında damar cərrahı kimi fəaliyyət göstərir. Bu müddət ərzində damar cərrahiyyəsi sahəsində peşəkar fəaliyyətini davam etdirərək pasiyentlərin arterial, venoz və limfatik sistem xəstəliklərinin müayinə və müalicəsində iştirak edir.
Elmi fəaliyyət və peşəkar ixtisaslaşma
Dr. Səbuhi Dadaşovun peşəkar fəaliyyətində elmi araşdırmalar da mühüm yer tutur. O, 2012-ci ildə “Daxili yuxu arteriyasının patoloji deformasiyasının cərrahi müalicə taktikası” mövzusunda dissertasiya işini müdafiə edərək tibb elmləri namizədi elmi dərəcəsini alıb. 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Onun elmi və klinik fəaliyyəti damar xəstəliklərinin cərrahi müalicəsi istiqamətində ixtisaslaşmasının və peşəkar inkişafının mühüm göstəricisidir.
Dr. Səbuhi Dadaşovun qəbuluna yazılmaq və ətraflı məlumat almaq üçün (012) 404-08-08 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.