Həkimlərin gündüz xəstə qəbul edib, gecə əməliyyat etməsi düzgün deyil Milli Məclisdə müza…
Icma.az, Medicina portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
" Bir çox həkimlər, cərrahlar saat 18:00-a qədər xəstə qəbul edirlər. Bu saatdan sonra isə əməliyyata başlayırlar.
Bəzən gecə saatlarına qədər əməliyyatda olurı. Bu xüsusilə özəl xəstəxanalarda belədir".
"Medicina" xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Qüdrət Həsənquliyev deyib."Belə rejimdə həkimin səhv etmək imkanları çox böyükdür.
Əməliyyat zamanı səhv etmək, dəqiq olmamaq imkanları mümkündür.
Hesab edirəm ki, iş vaxtından sonra yalnız təcilidirsə, əməliyyata icazə verilməlidir.
Görürük ki, həkimlər bütün əməliyyatları əksər hallarda saat 18:00-dan sonraya salırlar.
İcbari tibbi sığortanın tətbiqindən sonra həkimlərə deyirlər ki, sən hansı xəstəlikdən şübhələnirsənsə, yalnız həmin xəstəlik üzrə tibbi müayinəyə göndərə bilərsən.
Tam oxu
Xəbəri oxu