Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra TAPILDI

22.11.2024

Modern.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib.

Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.

Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью