Həlak olan azərbaycanlı hərbçinin nəşi 2 ay sonra tapılıb

22.11.2024

Reyting.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həlak olub.
Reyting.az
Qafqazinfo-ya istinadla xəbər verir ki, 1970-ci ildə Ağdamın Seyidli kəndində anadan olmuş Rusiya Silahlı Qüvvələrinin döyüşçüsü Sədrəddin Hüseynov Ukraynanın endirdiyi zərbələr nəticəsində həyatını itirib. Onun nəşi Rusiyanın Komsomolsk-na-Amure şəhərində dəfn edilib.
Bildirilib ki, S.Hüseynov sentyabrın 13-ü həlak olub. Lakin gərgin döyüşlər getdiyindən onun nəşini döyüş meydanından götürmək mümkün olmayıb.
Hərbçinin nəşi 2 ay sonra ailəsinə təhvil verilib.

Ana səhifəyə dön


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью