Həlak olan kapitanın yaşadığı binanın önü Fotolar

27.12.2024

Axsham.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Vətəndaşlar mərhum kapitan İqor Kşnyakinin xatirəsini yad etmək üçün yaşadığı binanın önünə güllər düzüb, gül çələngləri qoyub.

Axşam.az APA-ya istinadən xəbər verir ki, təyyarə qəzasında həyatını itirən İqor Kşnyakinin xatirəsini anan insanlar, mərhum kapitanın timsalında bütün ekipaj üzvlərinə Allahdan rəhmət diləyib, ailə üzvlərinə başsağlığı verib.

Xatirələrini bölüşənlər sərnişinlərin həyatının xilas edilməsində mərhum kapitanın rolunun danılmaz olduğunu vurğulayıblar.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью