Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk Meksika səfirliyi

25.12.2024

Icma.az, Teleqraf.com portalına istinadən məlumat yayır.

Meksikanın Azərbaycandakı səfirliyi Aktau yaxınlığında təyyarənin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.

Teleqraf.com xəbər verir ki, bu barədə səfirliyin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"Aktau yaxınlığında AZAL-ın faciəvi qəzası nəticəsində həlak olanların ailələrinə və yaxınlarına başsağlığı veririk. Yaralıların tezliklə sağalmalarını arzulayırıq", - diplomatik nümayəndəliyin məlumatında bildirilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью