Həlak olanların ailələrinin kədərini bölüşürəm İtaliya Prezidenti

28.12.2024

Icma.az bildirir, Unikal.az portalına istinadən.

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Prezident İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.

"Unikal"ın məlumatına görə, başsağlığı məktubunda deyilir.

“Zati-aliləri.

İtaliya Respublikası adından və şəxsən öz adımdan Sizə Milad günü baş vermiş çox ağır təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığımı bildirirəm.

Cənab Prezident, Sizinlə birlikdə dost Azərbaycan xalqına dərin hüznlə başsağlığı verərək, həlak olanların ailələrinin kədərini bölüşürəm”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью