Həlak olanların yaxınlarına hər cür köməklik göstəriləcək

24.07.2025

Xalqcebhesi saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

An-24 təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına hər cür köməklik göstəriləcək.

Bu barədə Rusiya hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Həlak olanların yaxınlarına hər cür köməklik göstəriləcək. Müvafiq kompensasiyanın ödənilməsi istiqamətində də işlər aparılacaq”, - Nazirlər Kabinetinin Telegram-dakı nəşrində qeyd olunub.

Rosaviasiya An-24 sərnişinlərinin qohumlarına Rusiya aviaşirkətləri ilə Tyndaya çatmağa kömək edəcək.

Qəza ilə bağlı Fövqəladə Hallar Nazirliyi 8 (4162) 53-99-99 nömrəli qaynar xətt açıb. Hadisənin nəticələrinin aradan qaldırılmasına bütün təcili yardım xidmətləri cəlb olunub.

Cavid

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью