Hələ ÇL tarixində belə final olmayıb

07.05.2026

Fanat saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

UEFA Çempionlar Liqasının mayın 30-da Budapeştdə keçiriləcək finalı ilklə yadda qalacaq.

Fanat.Az xəbər verir ki, turnirin finalında üz-üzə gələcək PSJ və "Arsenal" tarixdə birinci dəfə iki ispaniyalı mütəxəssisin rəhbərliyi altında meydana çıxacaq.

Luis Enrike - Mikel Arteta dueli İspaniya üçün ilk olsa da, daha öncə eyni ölkəni təmsil edən mütəxəssislər 4 dəfə finalda qarşılaşıblar.

1979-cu ildə, hələ ÇL Avropa Çempionlar Kuboku adlandığı dönəmdə həlledici görüşdə ingilislər üz-üzə gəliblər. Həmin vaxt Brayan Klaf "Nottingem Forest"in Bob Hafton "Malmö"nün "sükanı arxası"nda olub. 2003-cü ildə italiyalıların mübarizəsi qeydə alınıb. Marçello Lippili "Yuventus" "Karlo Ançelottili "Milan"la münasibətlərinə aydınlıq gətirib. 2013-cü ilə təsadüf edən finalda Dortmund "Borussiya"sının çalışdırıcısı Yürgen Klopp komandasını həmyerlisi Yupp Haynkesin rəhbərliyi altında mübarizə aparan "Bayern Münhen"ə qarşı oyuna çıxarıb. 2020-ci ildə dünya futbolsevərləri növbəti dəfə almanların mübarizəsinə şahidlik ediblər: Tomas Tuxel PSJ-nin "Hans-Diter Flik "Bayern Münhen"in baş məqşisi qismində iş başında olub.

Nihat

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью